“Şahdağ Turizm Mərkəzi”nə yeni sədr təyin olundu

14:31 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, o, Səid Salayevdir.

O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və Şahdağ Turizm Mərkəzinin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzi 2015-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

 

Bütün xəbərlər