Birinci rübdə orta illik baza inflyasiya 2,2% təşkil edib - Baş bankir

16:09 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametlərinin elan olunması ilə bağlı onlayn mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, baş bankir mətbuat konfransında bir sıra vacib məqamlara aydınlır gətirib.

O qeyd edib ki, ərzaq qiymətlərinin yüksəlməsi də inflyasiyaya artırıcı təsir göstərməkdədir.

"2021-ci ilin martayında 12 aylıq inflyasiya 4,1%, birinci rübdə orta illik baza inflyasiya 2,2% təşkil edib. İnflyasiyanın dinamikası qeyri-monetar xarakterli faktorlardan təsirlənib.

Son bir neçə aydakı faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Real sektor üzrə monitorinqə görə, marrtda inflyasiya gözləntiləri qeyri-neft sənayesi, ticarət və tikinti sektoru üzrə artmış, xidmət sektoru üzrə azalmışdır. Ev təsərrüfatları arasında Martda keçirilmiş sorğulara görə, respondentlərin 25%-i inflyasiyanın yüksələcəyini göstərir", - Mərkəzi Bankın sədri məlumat verib. 

 

Bütün xəbərlər