Azərbaycan neftinin qiyməti düşdü

16:02 - 13 Mart 2018


13 mart, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı neftinin qiyməti  dünya bazarında 0,56 dollar (0,84%) düşüb.

Hal-hazırda  “Azəri LT CIF” markalı xam neftin qiyməti bir barelə 66,05 dollar təşkil edir.

“Azəri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınıb.