2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı 40% artıb

13.03.2018,16:04


13 mart, Fineko/abc.az. 2016-cı ilin göstəricisi ilə müqayisədə, Azərbaycan 2017-ci ildə ASK  məhsullarının ixracını 40,3% artırıb.

“2017-ci ildə 570,5 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 40,3% çoxdur”, - Kənd Təsərrüfatı Nazirliyindən belə bildirildi.

İxracın əsasını meyvə-tərəvəz məhsulları təşkil etmişdir. Belə ki, meyvə və tərəvəzlərin ixracı 34,9% artmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2017-ci ildə pambıq ixracı 5,5 dəfə, tütün ixracı 1,8 dəfə, heyvandarlıq məhsullarının ixracı isə 2,5 dəfə artıb.

 

 

Açar sözlər: təsərrüfatı