5 bankın aktivləri 1 milyard manatı keçib – Siyahı

10:35 - 3.05.2021


3 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (9 155,625 milyon manat), “PAŞA Bank” (5 669,083 milyon manat), “Kapital Bank” (5 587,991 milyon manat), “Xalq Bank” (2 130,424 milyon manat) və “Bank Respublika” (1 111,926 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 7-nin aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 13 bankın aktivləri 100-500 milyon manat arasında, 1 bankın aktivləri isə 100 milyon manatdan azdır.

 

Bütün xəbərlər