Prezident qəbullar keçirib – 2 ölkənin yeni səfiri ilə görüşüb

11:30 - 3.05.2021


3 may, Fineko/abc.az. Prezident İlham Əliyev mayın 3-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı eyni zamanda bu gün Serbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.

 

Bütün xəbərlər