İctimai nəqliyyat dayanacaqlarında xəbərdarlıq nişanları quraşdırılıb

13.03.2018,16:51


13 mart, Fineko/abc.az. Bakıda ictimai nəqliyyat dayanacaqları pavilyonlarında xəbərdarlıq  nişanları vurulub.

Bakı Nəqliyyat Agentliyindən aldığımız məlumata əsasən, nişanlar, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan qanununa uyğun olaraq quraşdırılıb.

Qanun qüvvəyə mindikdən sonra Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişin daşımalarında iştirak edən fiziki və hüquqi şəxslərlə görüş keçirdi. Öhdəliklər edilmiş, bu qanunun tələblərinə riayət etmək üçün bütün zəruri tədbirlər görülmüşdür.

 

Açar sözlər: BNA