Bu nazirlik ötən il 65 milyon manatdan çox gəlir əldə edib - Hesabat

11:52 - 4.05.2021


4 may, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ötən ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda nazirliyin ötən il 65,598 mln. manat gəlir əldə etdiyi qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2019-cu ilin göstəricisinə nisbətən 1,3% və ya 874 min manat artıq deməkdir.

Əldə olunan gəlirin 4,236 mln. manatı birja əməliyyatlarından, 61,361 mln. manatı qeyri-birja əməliyyatlarından əldə olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər