Neft Fondunun investisiyaları bu ölkələrə artıb

12:34 - 4.05.2021


4 may, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrə investisiyaları azalıb və inkişaf etməkdə olan ölkələrə isə artıb.

ABC.AZ Neft Fondunun 2021-ci ilin ilk rübü üzrə hesabatına istinadla xəbər verir ki, bu il aprelin 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 21,70 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi.

 

Bütün xəbərlər