Reks Tillerson ABŞ-ın Dövlət katibi vəzifəsindən azad edildi

17:25 - 13.03.2018


13 mart, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu işdən çıxarıb.

Xarici KİV xəbərlərində  deyilir ki, MKİ-in indiki direktoru Mayk Pompeo onu əvəz edəcək.

Donald Tramp Twitter-dəki səhifəsində Reks Tillersonun gördüyü işə görə ona təşəkkür edib və yeni Dövlət katibi Mayk Pompeonun öz vəzifəsində müvəffəqiyyətli olacağından əminliyini bildirib.

MKİ-in yeni direktoru Cina Haspel təyin ediləcək. O, bu vəzifəyə seçilən ilk qadın olacaq.

 

Bütün xəbərlər