Həssas qrupdan olan tələbələrin təhsil haqları dövlət tərəfindən ödəniləcək

14:12 - 5.05.2021


5 may, Fineko/abc.az. Nazirlər Kabineti tərəfindən həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair qərar qəbul edildi.

ABC.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.

Nazir bildirib ki, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib: "2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb"

 

Bütün xəbərlər