Maliyyə Nazirliyi dövlət ortamüddətli istiqrazlarını reallaşdırdı

10:08 - 14.03.2018


14 mart, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi dünən Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazlarını (DOİ) reallaşdırdı.

BFB xəbər verir ki, dünən AZ0105004698 ISIN kodlu, 30 milyon manat həcmində, tədavül müddəti 728 gün və faiz dərəcəsi 8% olan DOİ buraxılışı yerləşdirilmişdir.

13 investordan 24 sifariş daxil olmuşdur. Sifarişlər, bir istiqraza 93,0697 AZN-dən (illik gəlirlilik 12,0%)  101,8365 AZN-ə  (7,0%) qədər qiymət intervalında təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarı ilə, kəsmə qiyməti 100,00 AZN (gəlirlilik 8,0%), orta ölçülmüş qiymət isə 100,159 AZN (7,9912%) səviyyəsində müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 575 9 min manat olmaqla ortamüddətli istiqrazlar 30 mln. həcmində yerləşdirilmişdir.

 

 

Bütün xəbərlər