Bugün ölkədə 29778 vaksin vurulub

16:51 - 5.05.2021


5 may, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus (COVID-19) əleyhinə 29778 vaksin vurulub.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat verilib.

Qeyd olunur ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.

 

Bütün xəbərlər