Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibi təsdiq edildi

11:11 - 14.03.2018


14 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibini təsdiq etdi.

Gənclər Fondu Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev seçilib.

Müşahidə Şurasının üzvləri:

Babayev İntiqam - Azərbaycan Gənclər və İdman nazirinin müavini;

Qurbanov Firudin - Azərbaycan Təhsil nazirinin müavini;

Səmədov Nazim - Azərbaycan mədəniyyət və turizm nazirinin müavini;

Kərimli Mətin - Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini;

Hüseynov Seymur - Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri;

Orucov Seymur - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri;

Seyidov Mirhəsən - “İrəli” İctimai Birliyinin sədri;

Hümbətov İlham Gürşad oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

 

Bütün xəbərlər