Növbəti fəsillərdə yenidən vaksinləməyə ehtiyac duyula bilər -Teymur Musayev

14:29 - 6.05.2021


6 may, Fineko/abc.az. Vaksinin mövsümi xarakter daşıdığı da deyilir, ola bilsin ki, növbəti fəsillərdə yenidən vaksinləməyə ehtiyac duyulsun.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, ölkəmiz vaksin istehsalçıları ilə daimi əlaqədədir və vaksinlər alınaraq Azərbaycana gətiriləcək.

"Bizim ölkəmizdə istifadə olunan bütün vaksinlər təhlükəsizdir. Mayın 10-dan etibarən 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksin oluna bilər”, - deyə T.Musayev vurğulayıb.

 

Bütün xəbərlər