İpoteka və Kredit Zəmanət Fondunun kredit zərəri açıqlanıb – Hesabat

10:41 - 7.05.2021


7 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə qurumun gözlənilən kredit zərəri 4,77 milyon manat təşkil edib. Bu 2019-cu illə müqayisədə 12,7 dəfə çoxdur.

Haqq və komissiya gəlirləri 865 min manat olub ki, bu da 2019-cu ilə nisbətən 2,4 dəfə çoxdur.

Hesabat dövründə haqq və komissiya xərcləri 1,168 milyon manat qeydə alınıb.

Bu isə əvvəlki ildəkindən 2,8% çox deməkdir.

 

Bütün xəbərlər