AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni təyinat

15:04 - 7.05.2021


7 may, Fineko/abc.az. AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni təyinat olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, YT Parkına icraçı direktor təyin olunub.

Bu vəzifəyə Zaur Şirəli oğlu Nəhmətov təyinat alıb.

Qeyd edək ki, Z.Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb.

Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır.

 

Bütün xəbərlər