Salyanda mənşəyi məlum olmayan ət aşkarlanıb – 209 kiloqram

15:13 - 7.05.2021


7 may, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Salyan rayonunda Biləsuvar rayon sakini Əzizli Seymur Teymur oğluna məxsus "Mercedes E220" 99-EN-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

Agentlikdən ABC.AZ-a bildirilib ki, baxış zamanı avtomobilin yük yerində baytarlıq baxışından keçməmiş və antisanitar şəraitdə daşınan, ümumi çəkisi 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Bütün xəbərlər