Avropada yeni layihə - Nağdsız ödəniş formaları idarə ediləcək

11:42 - 16.05.2021


16 may, Fineko/abc.az. 2022-ci ildə Avropa ödənişlər məkanında "Avropa Ödənişlər Təşəbbüsü" adlı layihənin icrasına başlanılacağı gözlənilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, layihə Avropadakı istehlakçılar və pərakəndə satıcılar üçün vahid ödəmə həllini yaratmağı hədəfləyir.

Bununla ən populyar alətlər – ödəmə kartları və rəqəmsal cüzdanlar birləşdiriləcək ki, bunun köməyi ilə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq.

Bu addım Avropada və bütün Avropa İttifaqında nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək.

 

Bütün xəbərlər