“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş bərpa olunub

12:14 - 16.05.2021


16 may, Fineko/abc.az. Bu gündən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara xidmət bərpa edilib.

ABC.AZ xəbər verir ki, mayın 16-dan vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar olaraq 9-15 may tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olub.

 

Bütün xəbərlər