Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi baş planları layihəçilərini axtarır

11:37 - 16.10.2017


Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tenderin keçirilməsi barədə elan edib.

Tender komissiyasının məlumatına  əsasən, tenderin mövzusu, Daşkəsən, Şabran və Tərtər şəhərlərinin baş planlarının işlənib hazırlanmasıdır.

“Tender proseduru üç lotdan ibarət olacaq, hər birində iştirakın dəyəri isə 100 manat təşkil edəcək. Tender təklifləri noyabrın 13-nə  qədər qəbul edilir”, - xəbərdə belə bildirilir.
Məlumatda  deyilir ki, tender proseduru 14 noyabr tarixində, Bakı, Fizuli 65 küçəsi ünvanında keçiriləcək. Əlaqələndirici şəxs – T.Əliev, telefon: (99412) 597 51 32.

Bütün xəbərlər