Türkiyə şirkəti Azərbaycanda holdinq yaradır - Qeydiyyata alındı

10:44 - 18.05.2021


18 may, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) Türkiyənin iri sənaye qrupu - "Kibar Holding"ə aid "Assan Panel Sanayı ve Ticaret Anonim Şirkəti" ilə birgə yaratdığı "Assan-STP Panel" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, yeni şirkət STP-nin yerləşdiyi Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Texnopark ərazisində qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İhsan Tolga Akardır. Şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılıb.

 

Bütün xəbərlər