Şuşa gələcəkdə turizm destinasiyası olacaq – Dövlət Turizm Agentliyi

12:22 - 18.05.2021


18 may, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə potensial turizm marşrutlarının hazırlanması işinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyindən bildiriblər.

Qeyd olunub ki, hələlik bununla bağlı məsələlər tam yekunlaşmasa da, hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur işləri ilə bağlı qiymətləndirmə işləri aparılır.

"Düşünürük ki, ilkin işlərdən sonra Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qiymətləndirməmizi təqdim edəcək. Şuşa gələcəkdə turizm destinasiyası olacaq, həm daxili turizm, həm də xarici turistlər arasında əsas maraq dairələsində olacaq. Bizim üçün də sevindirici haldır ki, Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur" deyə Agentlikdən bildirilib.

 

Bütün xəbərlər