Gürcüstanda yoluxanların sayı artdı

14:36 - 18.05.2021


18 may, Fineko/abc.az. Gürcüstanda koronavurusa yoluxma sayında ötən günlə müqaisədə bu gün artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 1562 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1490 nəfəri sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 332441 nəfərə çatıb. Onlardan 312349 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 30 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1490 nəfər həyatını itirib.

 

Bütün xəbərlər