YouTube-un işində çətinlik yaranıb

12:13 - 19.05.2021


19 may, Fineko/abc.az. Dünyanın bir sıra ölkələrində “YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

ABC.AZ xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.

Xidmətin istifadəçiləri (73%) daha çox videolara baxışlarda problemlərin yaranmasından şikayət ediblər.

İstifadəçilərin 20%-i hostinqin ümumiyyətlə işləmədyini, 6%-i isə videoları yükləməkdə problemlər yaşadıqlarını bildirirlər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər