Rusiya ilə Azərbaycan "Bulud" texnologiyaları sahəsində əməkdaşlıq edəcək

12:33 - 19.05.2021


19 may, Fineko/abc.az. Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Moskva şəhərində Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.

ABC.AZ xəbər verir ki, nazir R. Nəbiyev bu barədə "Facebook" hesabında yazıb.

O bildirib ki, görüşdə iki ölkə arasında "bulud" texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

"Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik", - nazir yazıb.

 

Bütün xəbərlər