Azərsu Bakı və qəsəbələrdə su təchizatının yaxşılaşdırılmasını davam etdirir

16:04 - 19.05.2021


19 may, Fineko/abc.az. “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir.

Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə, Binəqədi rayonunun Binəqədi qəsəbəsi A.Bakıxanov, G.Ramazanov, Q.Qarayev, S.Ə.Şirvani, A.İsfahani və H.Zərdabi küçələrində mövcud su xətlərinin əlaqələndirilməsi və dairəvi sistemin yaradılması təmin edilib. Nəticədə indiyə qədər fasilələrlə su alan 300-dən çox abunəçinin içməli su təchuzatı 24 saatlıq fasiləsiz rejimə keçirilib.

Bundan başqa Binəqədi  qəsəbəsi  2-ci Mədən 87-ci korpus ərazisində də 200-dən artıq fərdi evə və obyektə çıxışlar verilib və sayğaclar quraşdırılıb.

Eyni zamanda Binəqədi qəsəbəsi 1-ci mədən, 15-ci korpus adlanan ərazisində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi layihəsinə başlanılıb. Bu layihə çərçivəsində 150-dək ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.

 

Bütün xəbərlər