İlham Əliyevin iştirakı ilə beynəlxalq müzakirələr olacaq – Videoformatda

12:10 - 20.05.2021


20 may, Fineko/abc.az. Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçiriləcək.

ABC.AZ xəbər verir ki, müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edəcəklər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.

 

Bütün xəbərlər