Pandemiya xəstəxanalarımız bağlanır, bu da xoş xəbərdir - Yaqut Qarayeva

12:19 - 20.05.2021


20 may, Fineko/abc.az. Xəstə sayı azaldığı üçün son zamanlar bəzi pandemiya xəstəxanalarımız bağlanır, bu da xoş xəbərdir.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu departamentinin müdiri Yaqut Qarayeva AZTV-də verilişə qonaq olarkən deyib.

O bildirib ki, bununla əlaqəli olaraq insanların gözlədiyi bəzi qərarlar üzərində də bu gün çox ciddi müzakirələr gedir: “Hər kəs başa düşməlidir ki, vaksinasiya çox önəmlidir. Qərar qəbul etməyimizdə yoluxma sayı ilə eyni dərəcədə olan vaksinasiya olunan vətəndaşların sayıdır. Üzümüzə gələn günlərdə açıq havada maskadan istifadənin ləğvi, başqa bir neçə istiqamətlər var ki, bu ictimai nəqliyyatın istifadəsi - bu istiqamətlərdə bəlli qərarlar elan olunması gözlənilir”.

 

Bütün xəbərlər