Vaksinasiyada əsas məqsəd xəstəliyin ağırlaşmasının qarşısını almaqdır – TƏBİB rəsmisi

12:30 - 20.05.2021


20 may, Fineko/abc.az. Bəzən vaksin vurdurmaqla bağlı məsələ səhv başa düşülür.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu departamentinin müdiri Yaqut Qarayeva AZTV-də verilişə qonaq olarkən deyib.

TƏBİB rəsmisi bildirib ki, düşünürlər ki, vaksini bir dəfə vurduraq və heç vaxt xəstəlik tutmayacaq.

"İnsan canlı virusla rastlaşır və orqanizmi canlı virusa cavab verir. Əgər canlı virusla rastlaşandan sonra yenidən yoluxma şansım varsa, əlbəttə ki, zəiflədilmiş virusla rastlaşdığım zaman onun əmələ gətirdiyi immunoloji qorumanın da bir müddət sonra zəifləməsi məntiqlidir. Vaksinasiyada əsas məqsəd xəstəliyin ağırlaşmasının qarşısını almaq və ölüm saylarını azaltmaqdır" deyə Y.Qarayeva bildirib.

 

Bütün xəbərlər