Çimərliklərə getmək olacaq? - TƏBİB-dən açıqlama

14:04 - 20.05.2021


20 may, Fineko/abc.az. TƏBİB rəsmisi bu ilin yay aylarında çimərliklərin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, TƏBİB-şöbə müdiri Yaqut Qarayeva REAL TV-yə müsahibəsində   çimərliklərlə bağlı qaydaları təmsil etdiyi qurumun tənzimləmədiyini vurğulayıb.

O qeyd edib ki, bu barədə dəfələrlə qeyd edilib və hazırda da bu istiqamətdə müzakirələr gedir:

“Ötən il də yay vaxtı bəlli şərtlərlə çimərliklər işləyirdi. Onda çimərliklərlə bağlı sanitar qaydalar hazırlanmışdı. Fiziki məsafə, əl gigiyenasının şərtləri və sair. Bu il də bu qaydalar əsasında aidiyyəti strukturlar qərar verəcəklər”.

 

Bütün xəbərlər