AMB-nin qısamüddətli notları üçün edilən sifarişlər 1 milyard manatı ötdü

18:10 - 14.03.2018


14 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün böyük uğurla qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjasından verilən məlumata əsasən, martın 14-də AMB, 50101167S ISIN kodlu notlar satmışdır. Notlar 200 milyon manat həcmində, 28 gün tədavül müddətinə təklif edilmişdir.

22 investordan 1 039 240,5 min manat məbləğində notların alışına dair 26 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat təklif etmişdirlər (illik gəlirlilik 8,01%).

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində, orta ölçülmüş qiymət də eyni səviyyədə müəyyən edilmişdir.

Nəticədə 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

 

 

Bütün xəbərlər