Ermənistanın ordusu belə yoxdur, tamamilə məhv edilib – Prezident

10:38 - 21.05.2021


21 may, Fineko/abc.az. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bildirib ki, "regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var.

Dövlət başçısı bunu belə izah edib: "Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır".

 

Bütün xəbərlər