İnkişafla bağlı planımız hazırdır - Prezident azad olunmuş ərazilərdən danışdı

15:03 - 21.05.2021


21 may, Fineko/abc.az. Biz artıq işlərə başlamışıq. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, magistral yolların inşasına da başlanılıb: “10 noyabr Bəyanatının imzalanmasından sonra orada yaşayan ermənilərə əraziləri tərk etmək üçün 20 gün vaxt verildi. Söhbət üç rayondan gedir ki, biz onları 10 noyabr Bəyanatının imzalanması nəticəsində azad etdik. Əslində isə bu, Ermənistanın kapitulyasiyası sənədi idi. Həmin 20 gün ərzində onlar özlərinin yaşadıqları, lakin oralardan qovulan azərbaycanlıların tikdiyi evləri yandırırdılar. Onlar ağacları kəsir və yandırır, evlərə od vurub və vandalizm aktları törədirdilər. Yəni, bütün işlər sıfırdan görülməlidir. Biz artıq işlərə start vermişik. Bizim inkişafla bağlı baş planımız artıq hazırdır".  

 

Bütün xəbərlər