Azərbaycanda əhalinin 5 milyondan çoxu iqtisadi fəal insanlardır

15:56 - 21.05.2021


21 may, Fineko/abc.az. 2021-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 264,2 min nəfər olub.

ABC.AZ-ın məlumatına görə, bu, barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Hesabata əsasən, onlardan 4 milyon 898,7 min nəfərini məşğul, 365.5 min nəfərini işsiz əhali təşkil edib. Bu il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 679,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,3 min nəfər, qeyri-dövlət sektorunda isə 764,4 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 33+ min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 646,7 min nəfər çalışıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər