Azərbaycanda bu sosial şəbəkə platformasından istifadə edənlər artıb

10:20 - 24.05.2021


24 may, Fineko/abc.az. "Facebook" sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin sayı açıqlanıb.

ABC.AZ "Internet World Stats"ın (IWS) dərc etdiyi hesabata istinadən xəbər verir ki, bu ilin 31 mart tarixinə Azərbaycanda əhalinin facebooka nüfuzetmə səviyyəsi 42,4% təşkil edib.

Hesabata əsasən, 10,223 milyondan çox əhalisi olan ölkədə "Facebook" istifadəçilərinin sayı 4,337 milyonu ötür.

Qeyd edək ki, martın 31-dək, ölkə üzrə "Facebook" istifadəçilərinin sayında 3,6% artım qeydə alınıb.

Bu dövr ərzində "Facebook"un əhali arasında nüfuz dərəcəsi 1,5 faiz bəndi artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər