Norm Ustalar Klubunun 1 yaşı tamam oldu

10:52 - 15.03.2018


2017-ci ilin sonunda Norm Ustalar Klubunun yaradılmasının bir ili tamam oldu.

Ötən bir il ərzində Klub bir sıra uğurlara imza atdı. Klubun üzvlərinin sayı 2 dəfə artaraq 500 ustadan 1000 ustaya çatdı. Bir illik fəaliyyəti müddətində Klub tərəfindən ustalar üçün 14 təlim təşkil olundu və bu təlimlərdə 900 nəfərdən çox usta iştirak etdi. Təlimlərdə ustalara tikinti işləri zamanı sement və beton məhlullarının optimal nisbətinin seçilməsi, Norm sementləri və onların səmərəli istifadəsi ilə bağlı faydalı məlumatlar verildi, ustalar öz aralarında ünsiyyət qurub peşələri ilə bağlı fikir mübadiləsi apardılar. Eyni zamanda, ustalar Norm Sementin texniki dəstək mütəxəssislərinə gündəlik iş fəaliyyətlərində qarşılaşdıqları məsələlərlə bağlı suallarını ünvanladılar.

Klubun fəaliyyəti boyunca ustalar Norm Ustalar Klubunun onlar üçün təşkil etdiyi bonus kampaniyalarından yararlandılar, il ərzində fəal ustalar seçilərək tədbirlərdə xüsusi hədiyyələrlə mükafatlandırıldılar.

Norm Ustalar Klubu layihəsi cəmiyyətə uzunmüddətli faydalar vəd edir. Layihə çərçivəsində inşaat sahəsində çalışan ustaların bilik və bacarıqları inkişaf etdirilir. Beləliklə, düzgün məhsulun peşəkar usta tərəfindən istifadəsinə dəstək olmaqla Norm Ustalar Klubu inşaat sahəsindəki işlərin keyfiyyətinə öz töhfəsini verir.

Önümüzdəki il üçün Klubun hədəfi öz üzvlərinin faydalana biləcəyi tədrisyönümlü və həvəsləndirici tədbirlərin sayının artırılmasıdır. Klubun fəaliyyəti barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması üçün sosial şəbəkələrdə Norm Ustalar Klubu səhifəsi fəaliyyət göstərir.

Klubun fəaliyyətinin bir ilinin tamam olması münasibətilə və əhalini layihə barədə məlumatlandırmaq üçün Bakı şəhərindəki  bir sıra reklam lövhələrində reklamlar yerləşdirilmişdir.

Klubla bağlı suallarınız və müraciətləriniz üçün +994 55 480 1010 qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 


Bütün xəbərlər