Gürcüstanda yoluxma sayı kəskin azaldı - Statistika

12:14 - 24.05.2021


24 may, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 388 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 1357 nəfəri sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 337961 nəfərə çatıb.

Onlardan 319956 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 17 nəfərin ölməsi ilə bərabər ümumilikdə 4639 nəfər həyatını itirib. Xatırladaq ki, ötən gün ölkə üzrə 733 yoluxma halı qeydə alınmışdı.

 

Bütün xəbərlər