Amerika şirkəti Azərbaycana gəlir - Artıq qeydiyyata alınıb

14:41 - 24.05.2021


24 may, Fineko/abc.az. ABŞ-ın tanınmış maliyyə xidmətləri həyata keçirən “Freedom Holding Corp.” şirkəti Azərbaycanda da fəaliyyət göstərməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən törəmə şirkəti olan “Freedom Finance Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb.

Şirkət 152 min manat nizamnamə kapitalına sahibdir.  Şirkətin direktoru Məmmədov Vüsal Rafayil oğludur. Qeyd edək ki, holding Rusiyada, Qazaxıstanda, Ukraynada, Özbəkistanda, Qırğızıstanda, Almaniya və Şimali Kiprdəki törəmə şirkətləri vasitəsilə maliyyə xidmətləri, pərakəndə vasitəçilik əməliyytaları, investisiya sahəsində məsləhət, qiymətli kağızlarla ticarət, investisiya – bank və anderrayting xidmətləri göstərir.

 

Bütün xəbərlər