330x110
 

Google şirkəti Azərbaycanda yeni mərkəz açır – Dünyada 3-cü mərkəzdir

24.05.2021,15:14


24 may, Fineko/abc.az. "Google" şirkətinin yeni brendi, "Google Developers Group Games" (GDG) şirkətinin dünyada üçüncü mərkəzi Azərbaycanda açılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu "Gamepons" şirkətindən bildiriblər.

Qeyd olunub ki, mərkəzin açılışı mayın 25-də keçiriləcək. Şirkətin mərkəzi Azərbaycanda açmaqda məqsədi yerli oyun şirkətlərinin inkişafına kömək etmək, istehsalçıları seminarlarda iştiraka, təcrübə mübadiləsinə cəlb etməkdir.

Müəllif: Elmir Murad