Lider tv bağlanır – MTRŞ qərar verdi

15:26 - 24.05.2021


24 may, Fineko/abc.az. 2021-ci il mayın 24-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.

"Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio  yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

 

Bütün xəbərlər