Bu dövlət orqanlarının avtomobilləri hərraca çıxarılacaq – Siyahı

10:51 - 25.05.2021


25 may, Fineko/abc.az. 29 iyun 2021-ci il tarixdə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri dövlət orqanlarına məxsusdur.

Avtomobillərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

Bununla yanaşı Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Tərtər Elektromexanika zavodunun balansında olan  nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 13.04.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər