Fəaliyyəti bərpa edilən sahələr – Siyahı

12:35 - 25.05.2021


25 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.

ABC.AZ-ın məlumatına görə, brifinqdə bir sıra vacib qərarlar açıqlanıb.

Belə ki, iri ticarət mərkəzlərinin fəaliyyəti 10 iyun tarixindən bərpa edilir.

Həmçinin iyunun 10-dan idman zalları da açılır.

İdman zallarından yalnız COVID-19 pasportu olan şəxslər istifadə edə biləcək.

Mayın 31-dən isə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər