330x110
 

Çimərliklərin fəaliyyətinə də icazə verildi - Bu tarixdən

25.05.2021,14:49


25 may, Fineko/abc.az. 10 iyun tarixindən çimərliklərin də fəaliyyətinə icazə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Məsələ ilə bağlı Prezidentin köməkçisi Şahmar Mövsümov qeyd edib ki, çimərliklər də müvafiq qaydalara uyğun olaraq fəaliyyət göstərəcək: “Bilirsiniz ki, ötən il çimərliklərdə müəyyən qaydalar tətbiq olunurdu. Həmin qaydalar bu il də tətbiq ediləcək”.