İşçilərinin COVİD 19 pasportu olmayan obyektlər bağlana da bilər – Açıqlama

15:10 - 25.05.2021


25 may, Fineko/abc.az. Açılacaq idman-sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet pasportu olmalıdır və bu tələb kimi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

O sözügedən tələbin iyul ayının 1-dən etibarən tətbiq olunacağını açıqlayıb: "Həmin obyektlərdə işləmək istəyən vətəndaşları vaksinasiyadan keçməlidir. İyulun 1-dən hansı obyektlərin ki, 80 faiz işçilərinin sənədi yoxdur, onlara xəbərdarlıq ediləcək. Oralar hətta bağlanıla bilər. Bu həm də konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur”.

 

Bütün xəbərlər