“Standard Insurance”-a məxsus 4 mənzil yenidən satışa çıxarılır - Hərrac

16:32 - 25.05.2021


25 may, Fineko/abc.az. Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib.

Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 7 iyun 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcək.

Hərraca çıxarılan predmetin satış qiyməti: 1,8 milyon manat, iştirak haqqının məbləği: 500 manat, behin məbləği: 18 min manatdır.

 

Bütün xəbərlər