284 yoluxma, 10 ölüm faktı - Bir günün statistikası

16:40 - 25.05.2021


25 may, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda qeyd olunub ki, son sutkada 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 10 nəfər isə COVID-19-dan vəfat edib.

 

Bütün xəbərlər