Peyvənd olunanların sayı açıqlandı - 2 milyonu ötüb

16:51 - 25.05.2021


25 may, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 min 287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 min 233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 min 54 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 milyon 21 min 371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 milyon 158 min 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862 min 740 təşkil edir.

 

Bütün xəbərlər