Bank VTB (Azərbaycan) “Bakı-Moskva” aksiyasının qalibini təbrik etdi

12:25 - 15.03.2018


VTB (Azərbaycan)-ın baş ofisində “Bakı-Moskva” aksiyasının qalibinin mükafatlandırılması keçirilib. Aksiyada qalib Faris Xəlilov olub və o, mükafat qismində Bakı-Moskva-Bakı istiqamətində aviabilət qazanıb. Bank adından qalibi  VTB (Azərbaycan)-ın Şəbəkənin inkişafı idarəsinin rəisi Pərviz Rəsulov təbrik edib.

Aksiyanın qalibi banka təşəkkür edərək bildirib: “Bu mənim üçün gözlənilməz idi. Belə hədiyyələr almaq hər zaman xoşdur. Aksiyada iştirak etmək isə kifayət qədər asan idi – sadəcə Bakı-Moskva kartı ilə nağdsız ödənişlər etmək tələb olunurdu. Belə gözəl hədiyyə üçün bank VTB (Azərbaycan)-a təşəkkür edirəm”.

Bank “Bakı-Moskva” kart sahibləri üçün xüsusi aksiyaya Yeni il ərəfəsində start vermişdi. Aksiyanın şərtlərinə əsasən, 11 dekabr 2017-ci ildən 31 yanvar 2018-ci il müddətində daha çox nağdsız əməliyyatlar həyata keçirən kart sahibi aviabilet qazanırdı. Uçuşun tarixlərini isə qalib seçirdi.

“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan, 24 və 36 ay müddəti olan debet kartıdır. Kartı manat, dollar, avro və rubl valyutasında açmaq olar. Valyutasından asılı olaraq kart hesabındakı qalıq məbləğinə illlik 0,5%-dən 4,5%-dək əlavə gəlir hesablanır. Bundan başqa, kart 0,5% həcmində Cash Back nəzərdə tutur.

 

 


Bütün xəbərlər