330x110
 

“Statoil” öz adını dəyişir

15.03.2018,12:53


15 mart, Fineko/abc.az. Norveç neft və qaz şirkəti “Statoil” öz adını “Equinor”a dəyişir.

Şirkətin məlumatında deyilənə əsasən, adın dəyişilməsi, şirkətin, hərtərəfli enerji şirkəti kimi inkişaf strategiyasına şərait yaradacaq.

“Equinor” adı ,  equal (bərabər), equality (hüquq bərabərliyi) və  equilibrium (tarazlıq) sözlərinin başlanğıcı olaraq, "equi" sözü ilə "nor" sözünün birləşməsidir ki, bu da şirkətin Norveç mənşəli olduğunu əks etdirir, çünki şirkət,  bunu öz mövqeyində aktiv olaraq istifadə etmək istəyir”,  - məlumatda belə deyilir.

“Statoil” da, bütün dünya kimi dəyişir. Müasir enerji sistemlərimizin ən mühüm uyğunlaşması baş verir və biz bu inkişafın ön planında qalmaq istəyirik. “Equinor” adı dəyişiklikləri əks etdirir və ötən il təqdim etdiyimiz təhlükəsiz, yüksək səmərəli və aşağı karbon strategiyasını dəstəkləyir”, - “Statoil”un  Direktorlar Şurasının sədri Yon Erik Reynhardsen belə deyib.

“Bu, bizim üçün tarixi bir gündür. “Statoil” adı təxminən 50 il ərzində bizə xidmət etdi. Dünya enerji sənayesində baş verən dəyişiklikləri və hərtərəfli  enerji şirkəti kimi inkişafımızı nəzərə alaraq, növbəti 50 ilədək baxdığımızda, adın dəyişilməsi  bizim üçün təbii hala çevrildi”, - deyə şirkətin rəhbəri Eldar Setre bildirib.

Ad, 15 may tarixində illik yığıncaqda qərar qəbul etmək üçün səhmdar tərəfindən təklif olunacaq. Əsas səhmdarı olan Norveç hökuməti, İdarə Heyətinin şirkətin adını dəyişdirmək təklifini dəstəkləyir və bu qərarın lehinə  səs verəcək.

 

Açar sözlər: Statoil Equinor